2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda ağcaqanad əleyhinə dezinfeksiya xidməti var? – VİDEO

Havalar isinər-isinməz böyükdən kiçiyə hər kəsin narahatlığına səbəb olan ağcaqanadlarla mübarizə aparmaq çətinləşir.

Virus və xəstəliklərin olduğu dönəmdə, ağcaqanadların da daşıyıcı kimi rolu böyükdür. Əksər ölkələr mütəmadi olaraq bu həşəratlar əleyhinə ödənişsiz profilaktik tədbirlər həyata keçirir.

Ölkəmizdə isə bu xidmət bələdiyyələr tərəfindən həyata keçirilməsə də, bunun üçün özəl şirkətlər var. Bu şirkətlər isə dezinfeksiya olunacaq əraziyə görə müxtəlif qiymətlər təyin edirlər. Yay mövsümündə bu xidmətdən istifadə edənlərin sayı artır.

Saytların yığılması Saytlarin yigilmasi

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev bildirib ki, hazırda ölkəmizdə belə dezinfeksiya tədbirləri demək olar ki, həyata keçirilmir.

Vaqif Abdullayev əlavə edib ki, ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər qeydiyyata alınmasa da, insanlar arasında kifayət qədər narahatlıq yaradır.

Qeyd edək ki, yaşayış ərazilərində ağcaqanadların və digər həşəratların artmasının qarşısını almaq üçün Mənzil – kommunal təsərrüfat idarələri, Gigiyena və epidemiologiya mərkəzləri ilə müqavilə əsasında profilaktik dezinfeksiya tədbiri həyata keçirməlidir.

 

24 saat” “Azərbaycanda ağcaqanad əleyhinə dezinfeksiya xidməti var? – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button