2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Azərbaycanda bitki yağı sürətlə bahalaşır: Səbəb isə…

Azərbaycanda bitki yağlarının bahalaşması təbii ki, Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır. Çünki Ukrayna dünya bazarının qarğıdalı yağı ehtiyacının təqribən 30-35%-ini, günəbaxan yağının isə böyük həcmini təmin edirdi. İndi isə Ukrayna demək olar ki, bu məhsulları istehsal etmək gücündə deyil.

“Azərbaycan kəskin şəkildə bu yağ növlərindən asılıdır. Çünki Azərbaycan bu məhsulları demək olar ki, özü istehsal etmir. Bizim marketlərdə şirkətlərimiz tərəfindən yerli istehsal adı altında bazara çıxarılan məhsullar ancaq qablaşdırma üzərində elədir. Ona görə ki, onlar tonlarla yağ alır, qablaşdırmasını isə burada həyata keçirirlər. Nə qədər ki, ölkəmizdə yerli istehsal yoxdur və xaricdən asılıyıq, bu bitki yağlarında daim artım müşahidə edəcəyik”, – N.Cəfərli bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, 2 ay öncə 29.70 AZN olan 5 litrlik qarğıdalı yağı hazırda alıcılara 37.65 AZN-ə təqdim olunur.

“24 saat “Azərbaycanda bitki yağı sürətlə bahalaşır: Səbəb isə…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button