2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimiİqtisadiyyat

Azərbaycanda büdcə necə təsdiqlənir?

“Bizdə büdcə oktryabrın 15-də parlamentə gəlir, ayın 25-də deputatlara paylanır, komissiyalardakı iclaslar cəmi 4 iclasdan sonra təsdiqlənir”.

Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev dövlət büdcəsinin təsdiqinə münasibət bildirərkən deyib.

Rövşən Ağayev bildirib ki, cəmi 2 həftədən sonra 2017-ci ilin dövlət büdcəsi parlamentə təqdim edilməlidir: “Hələ də cəmiyyətin büdcənin ən ümumi göstəricləri haqda belə məlumatı yoxdu. Hələ onu demirəm ki, büdcə hazırlanma mərhələsində vətəndaş cəmiyyətilə, deputatlarla, müxtəif sosial qruplarla müzakirə edilməlidir. Məsələn, Gürcüstanda büdcə layihəsi oktyabrın 1-dək Parlamentə təqdim edilməlidir. Amma ölkə prezidentinin öhdəliyi var ki, büdcənin əsas parametrlərini mayın 1-dən gec olmayaraq Parlamentə göndərsin. Millət vəkilləri isə tanış olub prezidəntə qaytarır. Sonrakı 4 ayda büdcə yenidən işlərək parlamentə təqdim edilməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertin sözlərinə görə, Estoniyanın 2017-2020-ci llər üzrə büdcə strategiyasında qarşıdakı 4 ilin büdcəsi ilə bağlı bütün məlumatlar var: “Müzakirə indi başlayır, amma sənəd aprel ayında (artıq 5 aydır) internet vasitəsilə ictimailəşdilir. İnsanlar oxuyur, rəy yazır…. Bizdə isə büdcə oktryabrın 15-də parlamentə gəlir, ayın 25-də deputatlara paylanır, komissiyalardakı iclaslar cəmi 4 iclasdan (hər bir iclas 4 saat) sonra təsdiqlənir.Yeri gəlmişkən, əhalisi bizdən 8 dəfə az olan Estoniyada 2017-ci ildə dövlət büdcəsinin adambaşına gəlirləri 8 000 dollar, bizdə isə təxminən 1100 dollar proqnoz edilir”…(qaynarinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button