2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda dəhşətli hadisə: evinə od vuraraq intihar etdi

Gəncədə evdə yanğın baş verməsi və bir nəfərin meyitinin tapılması ilə bağlı yeni faktlar ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 26-da saat 01 radələrində Gəncə şəhəri Nizami küçəsində, əvvəllər məhkum olunmuş Arif Sultanov yaşadığı evi yandırıb.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A. Sultanovun yanmış meyiti tapılıb.
A. Sultanovun intihar etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi yanvarın 26-da məlumat yayıb.
Məlumatda bildirilir ki, Gəncə şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button