2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda “Hacı şərabı” da buraxıldı

“Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodunda Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunur.

Bu günlərdə həmin şərab növünün kütləvi istehsalına başlanılıb.

MMC-nin direktor müavini, professor Vüqar Mikayılov bildirib ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır.

Mütəxəssis alkoqolsuz şərabın müalicəvi əhəmiyyətindən danışaraq deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavonit və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır”.

Vüqar Mikayılov alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraraq bildirib ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür.
Qeyd edək ki, Azərbaycanda 0 faiz spirti olduğu bildirilən və “Hacı pivəsi” kimi tanınan pivələr də istehsal edilir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button