2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda İraq kapitallı 180-dən çox şirkət var

“Azərbaycanla İraq arasında əməkdaşlıqda ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edir”.

Bunu Azərbaycan və İraq arasında Birgə Komissiyanın Bakıda keçirilən II iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

“2020-ci ildə ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 19% az olsa da, bu ilin I yarısında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 36% artıb. Azərbaycandan İraqa əsasən heyvan mənşəli yağlar, meyvə-tərəvəz emalı məhsulları, arpa və sürtkü yağları ixrac edilib. İraqdan Azərbaycana isə nəqliyyat vasitələri üçün ləvazimatlar idxal olunub”, – o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

S.Həsənovanın sözlərinə görə, Azərbaycanda İraq kapitallı 180-dən çox şirkət dövlət qeydiyyatına alınıb: “Bu müəssisələr ticarət, tikinti, xidmət və sənaye sahələrini əhatə edir. Hesab edirik ki, ölkələr arasında ticarət əlaqələrinin artırılması üçün geniş imkanlar mövcuddur”.

report

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button