2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda nadir quşları ovlayan Qətər vətəndaşı cəzalandırılıb

Azərbaycanda “Qırmızı Kitab”a düşmüş quşu ovlayan Qətər vətəndaşı cəzalandırılıb.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada bildirilir. 

Məlumata görə, xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber AZAl-Marri olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəllləsinin 272.3-cü maddəsinə əsasən 2330 manat məbləğində cərimələnib”, – məlumatda qeyd olunub. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button