2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Azərbaycanda qiymət qalxdısa, enməsi çətin olur…”

“Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq. Söhbət bu gün büdcəyə olan münasibətdən gedir. Bu münasibət dəyişilməlidir”

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirəsində deputat Yevda Abramov deyib.

O qeyd edib ki, büdcə ilə tanış olandan sonra optimist enerji ilə zala gəlib: “Keçən ilki büdcədən sonra builki büdcənin belə olacağına mənim kimi həmkarlarımın da ümudi yox idi. Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən qiymətlər haqqında həmkarım Vahid müəlim danışdı. Biz bilirik ki, respublikanın iqtisadiyyatı liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsul dövlət tərəfindən qorunur. Bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa onun enməsi çətin olur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button