2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyul aylarında 27,5 mlrd manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çox sənaye məhsulu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd edilir.

Bildirilir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,6 % azalıb, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,4 % artıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sənaye məhsulunun 62,7 %-i mədənçıxarma sektorunda, 31,3 %-i emal sektorunda, 5,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 11,1 % artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 88,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7 %, tütün məmulatlarının istehsalı 62,5 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 56,4 %, tikinti materiallarının istehsalı 46,7 %, elektrik avadanlıqlarının istehsalı 46,7 %, kağız və karton istehsalı 31,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 14,5 %, hazır metal məmulatlarının istehsalı 10 %, neft məhsullarının istehsalı 8,5 %, qida məhsullarının istehsalı 6,8 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6 %, maşın və avadanlıqların istehsalı 4,8 %, içki istehsalı 1,8 %, geyim istehsalı 1,2 % artıb, kimya sənayesi məhsullarının istehsalı 3,7 %, mebel istehsalı 17,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 %, poliqrafiya məhsullarının istehsalı 50,6 %, sair nəqliyyat vasitələrinin istehsalı 71,3 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,7 % artıb.

report

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button