2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda siqaret qıtlığı yaşanır

Natiq Cəfərli: «İnzibati yollara yox, təşviqə ehtiyac vardı»

 


Xəbər verdiyimiz kimi, Azərbaycanda satış mərkəzlərində tütün məmulatlarının nağd pulla satışı qadağan edilib. Artıq nağd pulla topdan satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda mağazalarda siqaret qıtlığı müşahidə edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Mağaza satıcıları “Bizim Yol”a bildiriblər ki, plastik kart olmadığı üçün siqaretin satışı dayandırlıb. Onların sözlərinə görə, topdan satışla məşğul olan mərkəzlər bir neçə gündür siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə satırlar. Siqareti o sahibkarlar ala bilir ki, onların VÖEN əsasında bank hesabı var.

Bu imkan əksər mağazalarda olmadığı üçün satış mərkəzlərində siqaret qıtlığı yaranıb və bu da tütün məhsullarının süni şəkildə bahalaşmasına səbəb olub.
Söhbət etdiyimiz satıcılar hesab edirlər ki, qüvvəyə minən qanunun uzun müddətdən sonra icrasına başlanmasına səbəb “vergidən yayınma hallarının” qarşısını almaq və büdcəni doldurmaqdır.
İqtisadçı ekspert Natiq Cəfərli “Bizim Yol”a bildirib ki, möcud problemin qarşısını almağın bir yolu var, o da təşviq proqramıdır: “Ötən il dəyişiklik edilən qanunda siqaretin topdan və pərakəndə satışının nağdsız ödəniş vasitəsi ilə satılması nəzərdə tutulurdu. Bu ilin yanvar ayında qərar dəqiqləşdi. Qərara görə, ancaq torpdansatışda ödəmə kart vasitəsi ilə satış aparılacaq. Yəni pərakəndə satışda nağd ödənişlə siqaret almaq mümkündür.

Burada bir problem var. Siqaretin topdan satışının nağdsız ödəniş vasitəsi ilə aparılmasına keçməzdən öncə bunun “alt yapısı” hazırlanmalı idi. Ciddi şəkildə hazırlıq işləri görülməli idi ki, dükanların həm nəğd, həm də nəğdsiz şəkildə satmaq imkanı olsun.

Supermarketlərdən başqa əksər dükanların siqaretin satışını təşkil etməsinə şübhələr var. Ona görə də tütün məmulatlarının hazırda həm qiyməti qalxıb, həm də qıtlıq yaranıb. Bəzi brendlər ümumiyyətlə dükanlardan yoxdur. Baxmayaraq ki, siqaret qıtlığı ilə bağlı ciddi problem olmamalıdır. Bildiyim qədəri ilə anbarlarda da, ölkədə də siqaret var. Onların satışa çıxarılması üçün marketlər nağdsız ödənişlə əldə edib satmalıdırlar. Nağdsız şəkildə siqaretin alıb satmağı həyata keçirən satış mərkəzlərinin sayı isə kifayət qədər deyil. Bu problemin həlli üçün qanuna edilən dəyişikliyin “alt yapısı “aparılmalı və izahat işləri görülməliydi. Mağazaları buna hazırladıqdan sonra bu qaydaya keçmək lazım idi ki, problemlər yaşanmasın.

Hesab edirəm ki, məlum qərarı təxirə salıb, bəlli vaxt vermək lazımdır. Mağazalar buna hazır olandan sonra nağdsız ödəniş vasitəsi ilə siqaretin alışı və satışı imkanı yarana bilər”.

N.Cəfərli deyir ki, bu məsələnin gündəmdə olması yaxşı hal deyil: “Dünyanın inkişaf etmiş ölkələrində alış-verişin nəğd və ya nəğdsiz vasitə ilə aparılmasının əhmiyyəti yoxdur. O ki, qaldı ölkəmizə, başqa ölkələrdən fərqli olaraq Azərbaycan əhalinin nağdsız şəkildə ödəniş etməyə meyilliyi yoxdur. İstər maaş kartının, istərsə də təqaüd kartının sahibi olsun, onlar həmən bankomatların qarşısında dayanaraq pulu nəğdləşdirməyə çalışırlar. Bu səbəbdən bankomatların qarşısında saatlarla növbələr yaranır. Mövcud problemin qarşısını almağın bir yolu təşviq proqramıdır. Yəni topdan və pərakəndə satışın nəğdsiz şəkildə aparılması üçün maraq yaratmaq gərəkdir. Bu maraq yaranmasa, inzibati qayda ilə keçidlərin edilməsi fəsadlar törədir. Biz artıq bu gün bunu dükanlarda hiss edirik».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bizim Yol”a bildirib ki, bir müddətdən sonra tütün məmulatların nağdsız şəkildə topdan satışına imkan yaradılacaq: “Az öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsi müavini ilə danışdım. Onun öz imzası ilə satışı qadağan olunan sağlamlıq üçün təhlükəli siqaretin 3-cü mikrorayon dairəsində nəqliyyat vasitəsindən mazağaya boşaldıldığını bildirdim. Tədbir görülmədi.

Hökumətin istehlakçıların hüququnu qoruması istiqamətində gördüyü tədbirlər yetərli deyildi. Sizi əmin edirəm ki, siqaretlərin nağdsız ödənişlə aparılması mümkün olacaq. Ya gizli, ya açıq şəkildə tütün məmulatlarının satışı aparılacaq”.

Xatırladaq ki, Azərbaycan prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq. Belə ki, siqaret və alkoqollu içkilərin satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button