2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Azərbaycanın 9 idmançısı dopinqdə tutulub

2015-ci ildə Azərbaycan idmançıları tərəfindən anti-dopinq qaydalarının pozulmasına dair 9 hal aşkarlanıb.

24saat.org “Report”a istinadən bildirir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin ( WADA) açıqladığı illik hesabatda bildirilir.
Belə idmançılardan 6-sı ağırlıqqaldıran, 2-si atlet, 1-i isə güləşçidir. Bundan başqa onların 7-si (5 ağırlıqqaldıran, 1 atlet, 1 güləşçi) kişi, 2-si (1 ağırlıqqaldıran, 1 atlet) isə qadındır. Hesabatda anti-dopinq qaydalarındakı pozuntu hallarından 8-nin (6 ağırlıqqaldıran və 2 atlet) götürülmüş dopinq-test nəticəsində üzə çıxdığı, 1-nin (güləş) dopinq-test verməkdən imtina ilə əlaqədar olduğu bildirilir. Nəticəsi müsbət olan dopinq-testlərin hamısı sidik analizlərindən ibarət olub. Kişi atletdən yarışdan kənarda, qadın atlet və ağırlıqqaldıranlardan isə yarış zamanı dopinq-test götürülüb.
Qeyd edək ki, WADA ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yeri tutub.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button