2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Azərbaycanla İsrail arasında güclü korrupsiya mövcuddur

İsrailli bloger Lapşin növbəti bloq yazısında Azərbaycanda həbsdə olarkən bu məsələyə İsrail dövlətinin soyuq münasibətinin səbəbini açıqlayıb.

İsrailin rus dilli icmaları çır-çır çığırır ki, güya məni dövlətin maraqlarına xətər toxunduraraq İsrail dövləti növbəti dəfə xilas edib. Mən bu söhbətin üstünə getmək istəyirəm, çünki orada mənim üçün bulanıq və anlaşılmaz olan çalarlar var. Tam məsuliyyətlə bildirirəm ki, istər Belarus, istərsə də Azərbaycan həbsxanasında olduğum zamanlarda İsrail dövləti mənim azadlığa çıxmağım üçün barmağını da tərpətməyib. Minskdəki və Bakıdakı İsrail konsulları mənə həbsxanada baş çəkiblər, amma bu, onların vəzifə öhdəliklərinə daxil idi, onlar başqa ölkədə problemlə üzləşən vətəndaşlara konsul yardımı göstərməyə borcludurlar. Bundan başqa İsrail dövləti mənim üçün heç bir xidmət göstərməyib və məncə bunun üç əsas səbəbi olub:
-İsrail Azərbaycanla 5 milyardlıq silah müqaviləsi bağlayıb və bu müqavilə nəticəsində Azərbaycan İsrailin Hərbi Sənaye Kompleksinin əsas müştərilərindən birinə çevrilib;
– Təcrübədən bəllidir ki, bu cür müqavilələrin altında qaçılmaz «otkat»lar olur;
– Bu əməliyyatlar ən yüksək səviyyədən olam vəzifəli adamların şçəxsi əlaqələri üzərində qurulur.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button