2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Rusiya Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Toplum TV xəbər verir ki, bu barədə APA Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, dekabrın 21-22-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Bakıda xarici işlər nazirinin müavini Araz Əzimov ilə regional və Avropa təhlükəsizliyi məsələləri üzrə məsləhətləşmələr aparıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunub ki, Qruşkonu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qəbul edib.

Bundan əlavə, Rusiya XİN başçısının müavini Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Milli Məclisinin Beynəlxalq məsələlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə görüşlər keçirib.

Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İkitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub.

Məlumata görə, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb. Hər iki tərəf regional və Avropa təhlükəsizliyi məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button