2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanlı deputatlar Fransaya qarşı sanksiyaların tətbiqini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu gün, yanvarın 18-də Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.

Toplum TV xəbər verir ki, bəyanatda Fransanın məlum bəyanatının qərəzli olduğu və erməni lobbisinin təsiriylə qəbul edildiyi bildirilir.

Deputatlar Fransanın sözügedən qətnaməsinə cavab olaraq Azərbaycanın da anoloji addım atmalı olduğunu bildiriblər. Belə ki, hökumətə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edilib:

Saytların yığılması Saytlarin yigilmasi

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.

2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.

3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.

4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.

5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.

6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button