2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanlı deputatlar Türkiyəyə gedir, QDİƏT PM-in komitə iclaslarında iştirak edəcəklər

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM-də) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, üzvləri Jalə Əhmədova və Ramin Məmmədov qurumun komitə iclaslarında iştirak etmək üçün oktyabrın 30-da Türkiyənın İstanbul şəhərinə səfər edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Milli Məclisin mətbuat ximətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və deputat Jalə Əhmədova Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin, deputat Ramin Məmmədov isə Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcəklər.

Səfər noyabrın 1-də başa çatacaq.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button