2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Azərsığorta” helikopter qəzasına görə ödəniş edəcək

Bakı/07.12.21 Noyabrın 30-da Azərbaycanda baş vermiş helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri veriləcək.

Bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” məlumat yayıb.

Qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib ki, ödəniş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna əsasən həyata keçiriləcək: “Dövlət Sərhəd Xidmətinin “Mi-17” tipli helikopterinin “Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğraması nəticəsində 14  hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda orqanizmin funksiyasının 80-100% itirilməsinə görə  8800 manat, 60-80% itirilməsinə görə 6 600 manat, 30-60% itirilməsinə görə isə 4 400 manat, bununla yanaşı ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat ödəniş edilir. Qəzada həlak olmuş 14 hərbçimizin vərəsəsinə 11 min manat veriləcək, yaralanmış 2 hərbi qulluqçumuzun isə əlillik faizi və yaxud xəsarət dərəcəsi müəyyənləşən kimi onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər. Bunun üçün Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşmaq lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

E.Mirsalayev onu da bildirib ki, bu il noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin verilməsinə artıq başlanılıb: “Döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə “Azərsğorta” birdəfəlik ödəniş edib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu isə ödənişlə bağlı şirkətə hələ müraciət etməyib. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button