Xəbərlər

Bəzi partiyalar YAP-a birləşir

Azərbaycan Xalq Demokratik Partiyası (AXDP) hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq barədə qərar qəbul edib.

Bu barədə “Turan” agentliyinə AXDP-nin sədri Rafiq Turabxanoğlu məlumat verib. Onun sözlərinə görə, qərar martın 3-də partiyanın onlayn formatında keçirilən qurultayında qəbul edilib: “Bizə Yeni Azərbaycan Partiyasından təklif gəldi, mən də razılaşmışam. Bundan sonra müraciət etmişik”.

R.Turabxanoğlu YAP-la birləşmələrinin əsas məqsədi ilə bağlı bunları söyləyib: “Mənim gənclikdən məqsədim o olub ki, türk dünyası müəyyən bir formada bir yerdə olsun. Mənə elə gəlir ki, dövlətin bunun üçün imkanları daha çoxdur və bu məqsədi reallaşdırmaq üçün hələ ki, başqa bir yol yoxdur. İstiqlal da Azərbaycan xalqı üçün indi ən vacibdir. İndi isə bütün dünyada Azərbaycanın istiqlalı Azərbaycan dövləti ilə assosiasiya olunur. YAP-a qoşulmağımızın məqsədi də dövlətin bu sahələrə diqqətinin artırılmasıdır”.

R.Turabxanoğlunun bu açıqlamasına, hələlik, YAP-dan münasibət almaq mümkün olmayıb.

Son günlər üç partiyanın da -Milli Qurtuluş Partiyası, Yurddaş Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da YAP-a qoşulmaq üçün müraciət etdiyi bildirilib.

Sabah, martın 5-də YAP-n növbəti qurultayı gözlənir.

Xatırlatma

R.Turabxanoğlunun 1967-1968-ci illərdə antisovet fəaliyyətinə görə həbs edildiyi bildirilirdi. 1992-ci ildə prezidentliyə namizəd olub. O, Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində (1992-1993) hökumətdə də yer alıb.

24 saat” “Bəzi partiyalar YAP-a birləşir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button