2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bərpa İnstitutu 3 ildir bərpa olunur – FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 9 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun (keçmiş Kirov adına Xəstəxananın) binası üç ildir fəaliyyət göstərmir. Bir zamanlar təkcə Azərbaycanda deyil, bütün sovetlər məkanında məhşur olan Elmi Tədqiqat Tibbi Bərpa İnstitunun indiki vəziyyəti acınacaqlıdır. Bir müddətdir təmirə bağlanan səhiyyə müəssisəsində hazırda təmir işləri aparılmır.

“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun yenidən qurulmalı, maddi-texniki bazasının genişləndirilməli, elmi tədqiqatların aparılması məqsədi ilə kurortlarda elmi-metodik kabinetlərin yaradılmalıdır.
Dövlət Proqramının planına görə bu vəzifə Səhiyyə Nazirliyi üzərinə qoyulub.
Bu qurum “Bizim Yol”-un sorğusuna cavabda bildirib ki, institutun təmiri üçün bu il vəsait ayrılıb. Amma binanın nə zaman istifadəyə veriləcəyi dəqiq bilinmir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda çalışan mütəxəssislərin isə digər tibb müəssisələrində fəaliyyət göstərdiyi qeyd olunub.
İnstitutun qarşısında olan məlumat lövhəsində bildirilib ki, Səhiyyə Nazirliyinin sifarişi ilə bina 2013-cü ildən təmirə bağlanıb. Plana görə layihəçi “Pro Technical Consulting” MMC, podratçı “İnam YR İnşaat” MMC-dir. İnstitutun binası 2 mərtəbəli, hündürlüyü 9,8 metrdir.
Qeyd edək ki, Azərbaycanın səhiyyə sistemində 10 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Bu ixtisaslaşmış qurumlar elmi-tədqiqat, təşkilati-metodik, müayinə, müalicə, profilaktika, məsləhət fəaliyyətlərini əlaqələndirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button