2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bəxtiyar Hacıyevin çəki itirdiyi bildirilir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin keçirdiyi aclıq aksiyasına görə 6 kilo çəki itirdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə onun yaxınları məlumat verib.

Vəkil Şəhla Hümbətova bugün, dekabrın 26-da Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb.

Vəkilin Azadlıq Radiosuna vurğulamasına görə, Hacıyev zəifləyib:

“Saxlanıldığı otaqdan vəkillə görüşə gələnə qədər bir neçə dəfə dayandığını, baş gicəllənməsinin olduğunu bildirir. Deməsinə görə, qan təzyiqi 90/60-dır”.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Bu il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.

Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. Hacıyevi ilyarımadək həbs təhlükəsi gözləyir.

O, ittihamları qəbul etmir. Aclıq aksiyasına başladığını dekabrın 15-də apellyasiya şikayəti ilə bağlı məhkəməsində açıqlamışdı.

Amerika Birləşmiş Ştatlar Dövlət Departamenti və bir sıra beynəlxalq təşkilatlar Azərbaycan hökumətini gənc fəal Bəxtiyar Hacıyevi sərbəst buraxmağa çağırıblar.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev bundan əvvəl 2011-ci ildə də həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il həbs cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button