2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bahar Muradova "Abzas işi" ilə bağlı həbs olunan jurnalistlərdən danışıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Abzas Media” jurnalistlərinin həbsi ilə bağlı açıqlama verib.

Bahar Muradova bu barədə fevralın 26-da Toplum TV-nin müxbirinin sualına cavabında danışıb.

Rəsmi açıqlamasında bildirib ki, hazırda həbsxanalarda törətdikləri cinayət əməlləri və ya inzibati xətalara görə xeyli sayda insan cəza çəkir, onların hər biri barədə konkret danışa bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

“Amma onu bilirəm ki, biz hüquqi dövlətdə yaşayırıq. Hüquq-mühafizə orqanlarının gördüyü işə mənim çox böyük inamım var. İnanıram ki, onlar heç bir halda ədalətsizliyə yol verə bilməzlər. Və təbii ki, günahı olmayan şəxs varsa, bir gün günahsız olduğu məlum olacaq”.

Qeyd edək ki, ötən il “Abzas Media” işi ilə əlaqədar 6 nəfər həbs edilib. Onlardan 3-ü, Nərgiz Absalamova, Elnarə Qasımova və Sevinc Vaqifqızı qadındır. Jurnalistlər qaçaqmalçılıqda ittiham edilsələr də, onlar ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.

 

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button