Dövlət Gömrük Komitəsində növbəti kadr dəyişikliyi olub.
24saat.org xəbər verir ki, Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.
Hələlik Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinə rəisi, gömrük xidməti general-mayor İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.