Cəmiyyət

Bakıda dəhşətli olay: Kişi və oğulu öldürüldü, yoldaşı və nəvəsi yaralandı

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Yaralılardan daha bir nəfər, 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

24 saat” “Bakıda dəhşətli olay: Kişi və oğulu öldürüldü, yoldaşı və nəvəsi yaralandı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bakıda qolu Xəzərə kimi uzanan mağaradan FOTOREPORTAJ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button