2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda güclü küləklə bağlı XƏBƏRDARLIQ

Küləyin sürəti saatda 54-104 kilometr olacaq – səs yazısı ilə xəbərdarlıq yayıldı

Martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10° aşağı enəcəyi gözlənilir və bu, meteohəssas insanlar üçün çox əlverişsizdir. 24saat.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatnda belə deyilir.
Bundan başqa, sosial şəbəkələr vasitəsilə də səs yazıları yayılıb. Səs yazılarının birində ölkə ərazisində əsəcək şimal-qərb küləyinin sürəti saniyədə 15-29 metr, saatda 54-104 kilometr təşkil edəcək. Güclü külək nəticəsində ağacların budaqlarının qırılması, binaların damlarının uçması, reklam şitlərinin aşması ilə bağlı xəbərdarlıq edilir və uşaqların məktəbə getməməsi tövsiyə edilir, maşınları ağacların altında, binalara yaxın yerlərdə saxlamamaq barədə xəbərdarlıq olunur.

Dənizdə çalışanlara da xəbərdarlıq edilib

Sosial şəbəkələrdə yayılan digər yazısı isə dənizdə çalışanlara ünvanlanıb və hidrometeoroloji xəbərdarlıqla başlayan səs yazısında qeyd edilir ki, martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyi əsəcək. Bildirilir ki, küləyin sürətinin saniyədə 19-24, arabir 28-30 metrədək güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti 35-38 metr/saniyə olacaq. Dalğanın hündürlüyü 2,5-4,5 metrə çatacaq. Sonrakı inkişafda dalğanın hündürlüyü 5,0-8 metrə qədər yüksələcək.

Saytların yığılması Saytlarin yigilmasi

Təhsil Nazirliyi də tələbə və şagirdlərə xəbərdarlıq edib

Təhsil Nazirliyi proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar tələbə və şagirdlərə xəbərdarlıq edib.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur” – deyə məlumatda bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava proqnozu

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq.

Martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10° aşağı enəcəyi gözlənilir və bu, meteohəssas insanlar üçün çox əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-8° isti olacaq.

MərkəziAran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, axşam dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 6-9° isti, gündüz 10-15° isti olacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button