Siyasət
Bakıda müxalifətin növbəti mitinqi keçirilir
Bu gün Bakıda, Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) müxalifətin növbəti mitinqi keçirilir.
Mitinq BŞİH-lə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edəcək. Mitinqin əsas tələbləri bunlardır: “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!”. Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndiriləcək və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunacaq.