2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıda polisin bir mühacirə görə digər mühacirin qardaşını təhdid etdiyi bildirilir

“Deyiblər ki, qardaşın bir də Aybəniz Ağayarovanı tənqid etsə, səni pul da xilas etməyəcək”

Bakı şəhər sakini İlkin Cəlilov polis tərəfindən təhdid edildiyini deyir.

Bu barədə Meydan TV-yə İlkin Cəlilovun İsveçrədə yaşayan qardaşı Manaf Cəlilzadə danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

O deyib ki, qardaşı bir həftə öncə Sabunçu Rayon 12-cü Polis Bölməsinə çağırılıb və ona hədə-qorxu gəliblər.

Manaf Cəlilzadə deyir ki, İlkin Cəlilov 2023-cü ilin oktyabrında da Sabunçu Rayon 12-cü Polis Bölməsinə çağırılıb:

Onda səbəb kimi qardaşımın Meydan TV-nin paylaşımına şərh yazması idi. Buna görə onu sutkalıq həbslə təhdid etdilər. Qardaşımı hələ də rahat buraxmırlar”.

Qardaşının sözlərinə görə, bir həftə əvvəl yenidən Sabunçu Rayon 12-cü Polis Bölməsinə aparılan İlkin Cəlilovdan bu dəfə 3 min manat pul tələb olunub:

Qardaşıma hədə-qorxu gəliblər. Deyiblər ki, ya pulu gətirəcəksən, ya da səni həbsə göndərəcəyik. Qardaşım məcbur qalıb mağazadan kreditlə telefon götürüb satıb. Bölmə rəisinə 1500 manat pul verib. İndi həmin telefonun kreditini belə ödəyə bilmir”.

Manaf Cəlilzadə iddia edib ki, onu mühacirətdə yaşayan bir azərbaycanlıya görə təhdid edirlər:

“12-ci Polis Bölməsində İlkin Cəlilova deyiblər ki, qardaşın bir də Aybəniz Şirzad qızı Ağayarovanın adını çəksə, bu dəfə səni pul da xilas edə bilməyəcək. Mən bir neçə dəfə Aybəniz Ağayarova barədə video çəkmişəm, Almaniyada yaşayan bu qadının ünvanımı axtardığını demişəm. Bundan sonra qardaşıma şəxsən polis bölməsində həbs təhdidləri olub. Mən başa düşə bilmirəm, bir siyasi mühacirin polislə hansı səviyyədə əlaqələri ola bilər ki, ona görə kimisə təhdid etsinlər? Polis bu adamı niyə himayə edir, anlamıram”.

Manaf Cəlilzadə Aybəniz Ağayarovanın onun ünvanını axtarmasını da təsadüfi saymır və burada şübhəli məqamların olduğunu deyir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Manaf Cəlilzadənin iddialarını rədd edib:

Deyilənlər əsassız və yalandır”.

2023-cü ilin oktyabrında da İlkin Cəlilov 12-ci Polis Bölməsinə çağırılmışdı. Qardaşı isə bunu İlkin Cəlilovun Prezident İlham Əliyevin çıxışına yaydığı şərhlə əlaqələndirmişdi:

Qardaşım İlham Əliyevin Meydan TV-də yayımlanan “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib” açıqlamasına belə şərh yazmışdı: “Yaxşı olardı ki, neft gəlirləri vətəndaşlar arasında ədalətli bölünərdi”.

Bundan sonra onun təzyiqə məruz qaldığı bildirilir.

Bundan sonra qardaşımı təhqir ediblər, vurublar.

Daha sonra isə onu videoya çəkiblər.

Videoda məcbur ediblər ki, belə desin: “Qələt etmişəm Prezident barədə paylaşıma rəy bildirmişəm, bir daha etməyəcəm”.

Digər bir mühacir Süleyman Süleymanlı da atası Asif Süleymanov və anası Jalə Hüseynzadənin polisə çağırıldığını və Aybəniz Ağayarova ilə bağlı xəbərdarlıq aldığını deyib.

Onun sözlərinə görə, Xəzər Rayon 3-cü Polis  Bölməsində valideynlərinə deyiblər ki, oğlanları Aybəniz Ağayarovanın adını çəkməməli, əleyhinə heç nə danışmamalı və yazmamalıdır.

Mühacirətdə yaşayan Aybəniz Ağayarovaya gəlincə, onun adı 2020-ci ildə keçirilən parlament seçkiləri dövründə də gündəmə gəlmişdi.

110 saylı Zaqatala Seçki Dairəsindən Parlament seçkilərində namizədliyini irəli sürən ictimai fəal Nurlana Cəlil həmin dairədən rəqibi olan Elşən Musayev və Prezidentin sabiq köməkçisi Əli Həsənovla bağlı bəzi iddialar səsləndirmişdi.

Fərdi araşdırmalarıma əsasən, Əli Həsənovun Almaniyada yerləşdirdiyi, saxta mühacirlik alverində birbaşa iştirak etdiyi iddia edilən saxta jurnalist və saxta mühacir Aybəniz Ağayarovanın Zaqatala qruplarında ləyaqətimi və nüfuzumu alçaldan paylaşımlarından sonra bu işin sifarişçisi, keçmiş trol və buraxılmış saxta deputat Elşən Musayev və onun mediadakı dəstəkçilərinin izinə düşdüm. Görünür ki, saxta deputat Elşənə məhz mənim namizədlik irəli sürməyim bərk yer edib və guya məni zərərsizləşdirib ortadan çıxarmaq istəyir. Amma başından böyük qələt edib ki, mənim quyruğuma basıb, məni Ağayarovalarla, öz trol yoldaşları ilə və şəxsən özü ilə səhv salıb”, – deyə Nurlana Cəlil qeyd etmişdi.

O, Ağayarovanın hakimiyyətlə əlaqədə olduğunu da vurğulamışdı:

“Ağayarova Əli Həsənovun Almaniyada yerləşdirdiyi trollardan biridir və saxta mühacirlik alverində əlbir olmaqda ittiham edilir. Almaniyanın federal qurumuna da jurnalist kimi polis bölməsində döyüldüyünə dair saxta həkim sənədləri təqdim edib. Heyif ki, istintaq davam etdiyindən o saxta sənədlərin surətini yayımlamaq mümkün deyil. Əli Həsənovun göndərdiyi saxta mühacir Ağayarova necə olubsa, özündə Berlindən Zaqatalaya dil uzatmaq və məni qaralamaq cəsarəti tapıb. Görəsən, onu qaza gətirən kimidir?”.

Müsavat Partiyası şikayətçinin dediklərinə inanmır

Aybəniz Ağayarova sosial şəbəkələrdə özünü Müsavat Partiyası və Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi təqdim edib.

Müsavat Partiyasının adının çəkilməsini istəməyən üzvlərindən biri Meydan TV-yə deyib ki, Aybəniz Ağayarova Bakıda olanda partiyaya üzv qəbul olunub və qısa müddət sonra Avropaya mühacirət edib.

Onun Almaniyada da o zaman Müsavat AKM vasitəsilə sığınacaq aldığı bildirilir.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Meydan TV-yə məsələdən məlumatsız olduğunu deyib.

O həmçinin Manaf Cəlilzadənin söylədiklərinə inanmadığını da bildirib:

Adətən, Azərbaycan polisinin müsavatçını müdafiə etməsi inandırıcı deyil. Biz illərdir ki, polisin müsavatçıları təqib etdiyini görürük, nəinki müdafiə etdiyini”.

Aybəniz Ağayarova iddianı gülünc adlandırır, məhkəməyə müraciət etdiyini deyir

Aybəniz Ağayarova Manaf Cəlilzadənin söylədiklərini gülünc adlandırıb.

O, Meydan TV-yə deyib ki, Manaf Cəlilzadənin qardaşının Bakıda polisə çağırılmasından xəbərsizdir.

Ağayarova həmçinin qeyd edib ki, Almaniyada Manaf Cəlilzadə də daxil olmaqla, 3 nəfəri məhkəməyə verib, amma polis onların ünvanını tapa bilmir:

Onun qardaşının Azərbaycanda polisə çağırılmasından bixəbərəm. Mən Almaniyada Cəlilzadənin də daxil olmaqla, 3 nəfəri məhkəməyə vermişəm, lakin cağırışa əməl edilməyib. Həmçinin qeydiyyatda olduqları ünvanlarda yoxdurlar”.

O bildirib ki, tənqidə etirazı yoxdur, amma Cəlilzadə onu təhqir edir. Ona görə də şikayət etmək məcburiyyətində qalıb:

Manaf Cəlilzadə məni tənqid etmir, təhqir edir və şər atır. Bunun da hüquqda cəzası var. Yoxsa heç kim konstruktiv tənqidə heç nə demir. Necə oldu, qardaşı Mehriban Əliyeva barədə təhqiramiz ifadələr yazanda çağırmadılar, amma məni söyəndə polisə çağırdılar?! Gülməlidir”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button