2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıdakı pavilyon “su qiymətinə” özəlləşdirildi

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən verilən məlumata görə, hərracda ümumilikdə 13 dövlət əmlakı olmaqla, 3 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi daşınmaz əmlakların və nəqliyyat vasitələrinin satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 1-i Tərtərdə, 1-i Zaqatalada, istifadəsiz qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i Ağcabədidə, digəri isə Oğuzda yerləşir.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşən pavilyon olub. Belə ki, adıçəkilən əmlak 250 min manata özəlləşdirilib.

Zaqatalada yerləşən obyektin ilkin satışı 20 min manata təklif olunduğu halda, rəqabət nəticəsində 28 min manata, Oğuzda yerləşən əmlak isə 10 min manatdan rəqabət nəticəsində qalxaraq 16 min manata özəlləşdirilib.

Hərrac qalibləri sırasında qadın sahibkarlar da olub. Özəlləşdirilən obyekt və qeyri-yaşayış sahələrinin sonradan məişət, qida, təmir və digər sahələrdə biznes fəaliyyəti üçün istifadə ediləcək.

Qeyd edək ki, növbəti hərrac dekabrın 27-də keçiriləcək. Hərraca 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, 10 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 115 dövlət əmlakı çıxarılıb.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button