2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bakının bu yolları bağlanacaq

Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi ilə bağlı paytaxtın bir sıra yolları bağlanacaq. Yollarında avtomobillərin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanından şəhər istiqamətində – Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft dairəsi, Niyazi, Nərimanov rayonu ərazisindəki bəzi küçələr həmçinin həmin marşrutla geriyə olan ərazilərdə üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması planlaşdırılır.

Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Forumda bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri iştirak edəcək. Onların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button