2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“BakuBus” Sumqayıta sərnişin daşıyamağa başlayır

Yanvarın 21-dən “BakuBus” paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayacaq.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 19-da şirkət məlumat yayıb. 

Bildirilir ki, bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitələri olacaq. 

Saytların yığılması Saytlarin yigilmasi

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. 

Gediş haqqi 80 qəpik təşkil edəcək.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button