2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“Bank Avrasiya”nın depozit portfeli kiçilib

“Bank Avrasiya” ASC-nin depozit portfeli 2023-cü ilin ilk yarımilində 7% azalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az bunu bankın audit edilməmiş maliyyə hesabatına istinad edir.

Bankın ilin əvvəlindəki 79.7 mln. manatlıq depozit portfeli, ilk yarımiin və ya ikinci rübün sonuna 74.07 mln. manata düşüb.

Bankın hesabatında qeyd edilir ki, depozitlərin 68.06 mln. manatı fiziki şəxslərin (ilin əvvəli: 67.07 mln. manat), 6.01 mln. manatı hüquqi şəxslərin depozitləri (12.63 mln. manat) olub.

Bankın 144.47 mln. manat cəmi öhdəlikləri olub. İlin əvvəlində bu rəqəm 150.46 mln. manat idi.

Aktivlərin həcmi ilk yarımildə 2% azalmaqla 219.89 mln. manata düşüb. Hesabat müddətində bankın müştərilərə verdiyi kreditlərin həcmi 3.2% artımla 129.37 mln. manata yüksəlib.

2 1 3 1

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button