Dünya
Banqladeşdə polis bölməsində partlayış olub
Banqladeşin paytaxtı Dəkkədə polis məntəqəsində baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Dhaka Tribune” məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı gecə hüquq-mühafizə orqanlarının əməkdaşları üç terrorçunu saxlayıblar və onların üzərlərinə baxış zamanı partlayıcı qurğu aşkar edilib.
Hadisə də məhz bu partlayıcı qurğunu zərərsizləşdirmək istəyərkən baş verib.
Yaralılardan 4-ü polis əməkdaşıdır. Yaralılar xəstəxanalara çatdırılıb.