2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Baş memar sahibkarları soyur – Gəncədə

Artıq bir neçə aydır ki, Gəncə şəhərinin baş memarı vəzifəsinə təyin olunduğu bildirilən Məharət Mustafayev vəzifəsinin icrasına başlayıb. Maraqlı isə odur ki, M.Mustafayev bu vəzifəyə rəsmi təsdiq olunmayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şifahi göstərişi ilə kürsüdə əyləşib və vəzifəsinin “icrasına” başlayıb.

24saat.org-un əldə etdiyi məlumata görə, baş memar kabinetinə girər – girməz Gəncənin çoxsaylı mağaza və ticarət obyektlərinə haqq qoymağa başlayıb. Əks təqdirdə, ticarət obyektlərinin şəhərin baş planına uyğun gəlmədiyini və anındaca söküləcəyini bildirib.

Sahibkarların bildirdiyinə görə, Məharət Mustafayev istədiyi rüşvətin məbləğini mağazanın kvadrat metrinə və gündəlik alverin toplam səviyyəsinə görə “müəyyən edib ”.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Məharət Mustafayev hazırkı vəzifəsindən qabaq, yenə də Gəncə icra başçısı Elmar Vəliyev təqdimatı əsasında, şəhərin Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub.

Onun adı şəhər sakinləri arasında torpaqların satılması, bir çox maliyyə fırıldaqlıqları ilə məşğul olan, habelə Elmar Vəliyevin “pul yığanı” kimi hallandırılır. Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button