Loading...
Loading...
Şou

Baş prokuror “Tərtər işi”ndən danışdı

Baş prokuror Kamran Əliyev bu gün, yanvarın 20-də “Tərtər işi”ndən istintaqın gedişindən danışıb. O deyib ki, həmin iş ilə bağlı istintaq qrupu yaradılıb intensiv istintaq hərəkətləri aparılır.

O əlavə edib ki, heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz: “Bu, yolverilməzdir”.

Baş prokurorun sözlərinə görə, istintaq belə qısa müddətdə tələskənliklə aparıla bilməz: “Təəssüf ki, bəzi şəxslər çalışırlar ki, istintaq gedişatına təsir etsinlər… Bu, yolverilməzdir mümkün da deyil”.

2021-ci ilin sonunda Baş Prokurorluq 2017-ci ildə baş verən “Tərtər işi” adlandırılan məsələlərin yenidən araşdırıldığını açıqlamışdı.

“Tərtər işi” nədir

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi. Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib.

Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin 5-nə də sonradan bəraət verilib.

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun