24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Baş Prokurorluq helikopterin qəzaya uğraması faktı ilə bağlı cinayət işi qaldırıb

Bakı/30.11.21 Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonunun Qaraheybət poliqonunda təlim uçuşu zamanı qəzaya uğraması ilə əlaqədar cinayət işi açılıb.

İstintaq Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə aparılır.

“Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir”, deyə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir. -0-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button