2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Baş Prokurorluqda İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümü qeyd edilib

Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, təntənəli tədbirdə Baş Prokurorluğun rəhbərliyi ilə yanaşı, Milli Məclis sədrinin müavini və deputatlar, Baş Prokurorluq, Hərbi prokurorluq və tabe qurumların əməkdaşları, prokurorluğun veteranları, habelə prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən könüllülər və media nümayəndələri iştirak edib.

Öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Bundan sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, daha sonra isə Dövlət himni səsləndirilib.

Çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin canından çox sevdiyi xalqına sonuncu müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” bildirməsi bu günkü tarixi gerçəkliyimizin aydın mənzərəsinin tərənnümü olub.

Vurğulanıb ki, milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb.

Dövlət başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının ötən 20 ildə keçdiyi inkişaf yoluna nəzər salan Baş prokuror qeyd edib ki, 20 illik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən möhtərəm Prezident cənab İlham Əliyevin 15 oktyabr 2003-cü ildə ölkə rəhbəri seçilməsi ilə başlanan möhtəşəm qələbə yolu tarixin ən qüdrətli, ən xoşbəxt və ən qürurlu Azərbaycanını ərsəyə gətirib.

Bildirilib ki, prokurorluq orqanları daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Qeyd olunub ki, dövlət başçısının dəstəyi ilə prokurorluqda hesabatlılığın və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyinin artırılması və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində mütəmadi islahat tədbirləri həyata keçirilməkdədir.

Baş prokuror Kamran Əliyev həm “Heydər Əliyev İli”, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar məsuliyyətini dərindən dərk edən prokurorluq işçiləri tərəfindən bu müddətdə üzərlərinə düşən vəzifələrin layiqincə icrası hədəf seçilməklə ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə lazımi tədbirlərin görüləcəyini vurğulamaqla milli iradənin təntənəsi olan Qalib Liderin rəhbərliyi ilə növbəti onilliklərdə də azərbaycan xalqının öz tarixinin yeni, şanlı səhifələrini yazacağına, bütün sahələrdə möhtəşəm inkişaf naminə yüksək zirvələr fəth edəcəyinə əminliyini bildirib.

Tədbirdə, həmçinin, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, prokurorluğun veteranı Pənah Abbasov, prokurorluqda ictimai köməkçi qismində fəaliyyət göstərən könüllü Telman İsmayılov çıxış edib.

Daha sonra Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi tədbir zamanı nümayiş etdirilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button