Cəmiyyət

Baş Prokurorluqdan “xaricdə təhsil” dələduzlarına xəbərdarlıq

Bakı/12.10.21Son vaxtlar xaricdə təhsil almaq adı ilə vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb. Bu barədə  oktyabrın 12-də Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Qeyd olunur ki,  prokurorluq orqanları belə neqativ halların aradan qaldırılması,  təqsirkarların aşkar olunması istiqamətində tədbirlər həyata keçirir.

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Xarici ali təhsil ixtisaslarının diplomlarının tanınmasına fərdi qaydada baxılır, bunun üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır.

Baş Prokurorluq vətəndaşlara müraciət edərək bildirir ki, belə dələduzluq halları ilə qarşılaşdıqda Baş Prokurorluğa müraciət etsinlər. -05D-

 

Mənbə:Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button