2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bayden Əliyevi və Azərbaycanı Novruz münasibətilə təbrik edib

ABŞ prezidenti Co Bayden prezident İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Baydenin bu münasibətlə göndərdiyi məktubda deyilir:

“Əziz cənab Prezident,

Amerika xalqı adından sevincli və dinc Novruz Bayramı münasibətilə sizə və Azərbaycan xalqına ən yaxşı arzularımı yetirirəm.

Ötən il ərzində Azərbaycan və Birləşmiş Ştatlar enerji təhlükəsizliyini inkişaf etdirmək və iki xalqımızı təsirləndirən transmilli çətinliklərin aradan qaldırılması üçün bir araya gəliblər. Bu il, baharı və yeni başlanğıcı bayram etdiyimiz bir vaxtda mən xalqlarımız arasında dostluğun dərinləşməsini arzu edirəm. Bu yenilənmə və düşüncə fəslində Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında davamlı sülhə sadiqliyini bir daha təsdiqləyirəm. Bu, bütün Cənubi Qafqaz boyunca gələcək nəsillərə təhlükəsizlik və firavanlıq gətirəcək. Novruz bayramınız mübarək”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button