2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bayden və Zelenski ilk dəfə danışıblar

ABŞ prezidenti Co Bayden aprelin 2-də Ukrayna prezidenti Volodimir Zelenski ilə ilk telefon söhbətini edib.

Bu barədə məlumat Ağ Evin rəsmi internet saytında verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda deyilir ki, Bayden ukraynalı həmkarına Donbasda və Krımda davam edən Rusiya təcavüzü şəraitində Vaşinqtonun Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini ifadə edib.

Bayden bunu da deyib ki, onun administrasiyası Zelenskinin korrupsiyaya qarşı mübarizə və demokratik dəyərlərə söykənən islahatlar planına strateji partnyor dəstəyi verir.

Ağ Evdə hesab edirlər ki, məhz bu dəyərlər, ədalətə, təhlükəsizliyə və Ukrayna xalqının firvanlığına xidmət edir.

İki lider razılaşıblar ki, sözü gedən islahatlar Ukraynanın avroatlantik canatımının özəyidir.

Bayden və Zelenski habelə COVID-19 pandemiyasına qarşı mübarizədə ABŞ və Ukrayna arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bundan əvvəl aprelin 2-də Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Donbasdakı təmas xəttində “çox qorxulu” vəziyyətin yarandığını bildirən bəyanat vermişdi.

Interfax agentliyi Peskova isitnadən Ukrayna silahlı qüvvələrinin “çoxsaylı təxribatlarından” xəbər vermişdi.

Moskvanın əzələ nümayişi

Ukraynanın şərqindəki birləşmiş qüvvələrin qərargahı aprelin 2-də münaqişə zonasında vəzyyətin gərgin olduğunu bildirib.

Ukrayna xəbər verir ki, hökumət qoşunları və mülki infrastruktur dəfələrlə atəşə məruz qalıb.

Kiyev iki hərbçinin və bir mülki şəxsin yaralandığını xəbər verib.

Moskva aprelin 2-də bəyan edib ki, Rusiya qoşunları Ukrayna ilə həmsərhəd bölgələrdə hərbi təlim keçirəcəklər.

Bu təlimlərdə dron hücumlarının dəf edilməsi məşq ediləcək.

Rusiyanın Müdafiə Nazirliyi xəbər verir ki, sözü gedən təlimlərdə 15 min hərbçi elektron və havadan müdafiə qurğularından istifadə edəcək.

Rusiya Ukraynanın Qərb müttəfiqlərinə bu ölkəyə hərbçilər göndərməməsi üçün xəbərdarlıq edib.

Zelenskinin cəsarətli addımları

Baydenlə telefon söhbətindən sonra Zelenski Twitter-də yazıb ki, “amerikalılarla partnyorluq ukraynalılar üçün həlledici əhəmiyyətə malikdir”.

Zelenski son aylarda Rusiyanın təsirinə qarşı, ABŞ-ın təqdirini qazanan bir sıra cəsarətli addımlar atıb.

O ötən fevralda Rusiya prezidenti Vladimir Putinin dostu və qüdrətli maqnat Viktor Medvedçuka sanksiyalar qoyub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Medvedçukun rusiyayönlü separatçılara maliyyə dəstəyi verdiyini bildirmişdi.

Zelenski bundan başqa Ukraynada Rusiua təbliğatı aparan üç telekanalın bağlanmasına sərəncam verib.

24 saat” “Bayden və Zelenski ilk dəfə danışıblar” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button