2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bayram Məmmədov: Məni döyənlərdən biri polis rəisinin müavinidir

Vəkil: ”Hal şahidləri Nizami Quliyev və İntiqam Kərimov bundan əvvəl də başqa cinayət işlərində də eyni statusla çıxış ediblər”

“Bizə məlumat daxil oldu ki, Bayram Məmmədov narkotik dövriyyəsi ilə məşğuldur. Bayramla bir az söhbətləşdikdən sonra o, özü etiraf etdi ki, cibində narkotik var. Narkotikin isə müəyyən hissəsinin evində olduğunu dedi. Baş İdarədə üzərinə baxış keçirdik. Mənzilində isə protokol tərtib etdilər”.

Bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verən Sabunçu rayon 12-ci Polis Bölməsinin rəis müavini Yunis Ələsgərov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Noyabrın 24-də “NİDA” Hərəkatının üzvü Bayram Məmmədovun növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda Bayram Məmmədov rəis müavininin dediklərini təkzib edib:

“Məni 3 nəfər tutmuşdu. Bu adam orda olmayıb. Bu şəxsi 12-ci bölmədə rəisin otağında görmüşəm. Məni tutandan sonra “Qorotdel”ə yox, bölməyə aparmışdılar. Məni döyən 7-8 nəfərdən biri də bu idi”.

Bu zaman zalda işıqlar sönüb, proses bir müddət qaranlıq salonda davam edib. Bayram Məmmədov buna belə reaksiya verib: “Bu, onun göstəricisidir ki, Azərbaycan gəncliyini zülmətə salmısız”.

Başqa məhkəmələrdə də iştirak edən hal şahidləri

Daha sonra iclasda B. Məmmədovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. O, Bayram Məmmədovun həbsində rolu olmuş sahə müvəkkilinin də məhkəmədə dindirilməsi haqda vəsatət verib. Hakim isə deyib ki, həmin şəxs artıq polis orqanlarından xaric edildiyi üçün onu tapmaq mümkün deyil. Elçin Sadıqov isə onun dindirilməsini istəyib. Vəkil Bayramın cibindən və yaşadığı evdən narkotik çıxmasını gördüyünü iddia edən hal şahidləri Nizami Quliyev və İntiqam Kərimovun bundan əvvəl də başqa cinayət işlərində də eyni statusla çıxış etmələri barədə sübutları məhkəməyə təqdim edib. Vəkil bildirib ki, həmin şəxslər əvvəllər də Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat tədbirlərində, həm də Bayram Məmmədovun tutulması prosesinə rəhbərlik etmiş Şirəli Babayevin əməliyyatlarında hal şahidi kimi çıxış ediblər.

Lakin həmin şəxslər ötən iclasda ifadə verən zaman bundan əvvəl başqa işdə hal şahidi olmadıqlarını deyiblər. Əməliyyata rəhbərlik edən, Bayram Məmmədovun həbsindən sonra isə polkovnik rütbəsi alan Şirəli Babayev də hal şahidlərini əvvəlcədən tanımadığını ifadəsində bildirmişdi. Elçin Sadıqov hər üç şahidin məhkəməyə yalan ifadə verdiyini əsas gətirib onların yenidən dindirilməsini, təqdim etdiyi sənədlərin iş materiallarına əlavə olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi dekabrın 2-də davam edəcək.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə bu il mayın 10-da keçmiş prezident Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” şüarı yazıldıqdan sonra saxlanılıblar. Qiyas İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyi məlumat yayaraq hər iki gəncin üzərindən və evlərindən narkotik vasitə çıxmasını bildirib.
Lakin Qiyas İbrahimov və Bayram Məmmdov ittihamları qəbul etmirlər. Onlar postamenti yazdıqları üçün şərlənərək həbs olunduqlarını, işgəncə altında ifadə verməyə məcbur qaldıqlarını bildirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button