2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Belə şey olmamışdı”

Saytların yığılması Saytlarin yigilmasi

Rafiq Manaflı

Bu İlham Əliyevin keçirdiyi hər seçkinin qısa rezümesi, xalqın həmin seçkiyə vurduğu möhürdür.
Hər “belə şey olmamışdı” xalqın bir dəstəsinin seçkilərə inamını itirməsinə, seçki yolu ilə nəyisə dəyişməkdən əlini üzməsinə səbəb olmuşdu. Son parlament seçkilərində İlham Əliyevin ortaya atdığı, bəzi özündən müştəbeh, iddiaları başından yekə “müxalifət”çilərin İlham Əliyevin özündən də artıq təbliğ etdikləri “islahat” nağılları kimləri isə nəyə isə inandırmışdısa, kiçik tərpəniş görüntüsü yaratmışdısa da növbəti “belə şey olmamışdı” bütün nöqtələri yerina qoyub nidaladı. Bundan sonra heç nə dəyişməyəcəksə, rejimin bu dəfə bütün karusel-marusellərlə əldə etdiyi 10-15 %-lik iştirak onlar üçün maksimum göstərici olacaq.
Xalqı seçki passivliyində ittiham edənlər heç cür qavraya bilmirlər ki, günah xalqda yox, belə şey olmamışdıdadır. Xalq, özünü hamıdan ağıllı sananlara – Aslan İsmayılova, İlqar Məmmədova, Natiq Cəfərli və digərlərinə onlar qədər sadəlövh olmadıqlarını bir daha nümayiş etdirdi.
Əslində heç onlar da sadəlövh deyillər. Gəncli-qocalı bu seçkilərdən bircə nəfər belə obyektivliyin heç iyini də gözləmirdilər. 3-4 nəfər özünü sınamaq istəyən və bunu açıq etiraf edən gənclər istisna olmaqla qalanlar hamısı, kimisə yarınmaqla, kimisə boynunu büküb məlul-məlul baxmaqla, digəri nəyə isə ümid etməklə, bir başqası hansısa mücərrəd ümidlərə ümid etməklə nə isə qoparmaq istəyirdi.
Bəxtiyar Hacıyev Sevinc Osmanqızının efirindən açıq tekctlə “mən sizin üçün problem deyiləm” deyə özünü təklif edirdi. Yox dedilər, ağıllısan, deməli problemsən.
Natiq Cəfərli mandat yolunun ən kəsəsinə çıxmışdı. Milli Şuraya, AXCP-yə, Cəmil Həsənli və Əli Kərimliyə gücənirdi, qrıja olub yolda qaldı.
Parçalana-parçalana gələn Müsavat bu prosesdə molekul-molekul tikələndi. Qos-qoca Müsavat qurum olaraq, təşkilat olaraq bu seçkilərdə heç şor da yemədilər. Əksəriyyəti partiya xətti ilə namizədliyini verməyi özlərinə rəva da bilmədilər.
Təbii ki, Milli Şuranın, Xalq Cəbhəsinin və ADR-in bu seçkiləri boykot etməsi prosesə əhəmiyyətli təsirini göstərmişdi. Amma böyük mənada siyasi boykot alınmamışdı. 27 ildir bir-birini dəyişə-dəyişə əl-ayağa dolaşıb bu rejimə dayaq olanlar müəyyən canlanma yarada bilmişdilər.
Boykotu xalq etdi, kükrəyib etdi, rejimə nifrətini ora göndərilənlərin başına çırparaq etdi.
Bu seçki xəyal qırıqlığının yeni, azərbaycan nümunəsini yaratdı – “dobro” alırsan, bəzənib-düzənib şəstlə seçicilərlə görüşə gedirsən və səni iti qovan kimi qovurlar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button