2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaXəbərlər

Belarus hökuməti müxalifətçinin ölümündən sonra bir xəbər saytını bloklayıb

Belarus hökuməti etiraz dalğası ilə sarsıldıqdan sonra ölkədə müstəqil medianı məhdudlaşdıran bir sıra addımlardan əlavə daha bir xəbər saytına çıxışı bağlayıb.

Belarusun İnformasiya Nazirliyi Rusiyanın eyni adlı məşhur qəzetinin Belarusdakı törəməsi olan Komsomolskaya Pravda saytına girişi bloklayıb. Nazirlik hər gün təxminən 20 000 nəfərin istifadə etdiyi populyar veb saytın bloklanması qərarına heç bir səbəb göstərməyib.

Sayta giriş Belurusun paytaxtı Minskdə bir mənzildə atışma nəticəsində iki nəfərin – müxalifət tərəfdarı və KQB zabitinin öldürüldüyü barədə məlumat yayımlandıqdan bir neçə saat sonra məhdudlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbərlərdə müxalifət tərəfdarının dostunun onu yüksək qiymətləndirən bir şərhi dərc edilib. Belarus səlahiyyətliləri hadi barədə çərşənbə axşamı gecəsi məlumat verib və iddia edib ki, “çox təhlükəli bir cinayətkar” “terror fəaliyyətləri ilə məşğul olan şəxsləri” axtarmaq üçün mənzilinə gələn təhlükəsizlik işçilərinə atəş açıb.

Onlar KQB zabitlərindən birinin öldüyünü və cinayətkarın “cavab atəşi” ilə öldürüldüyünü bildirib. Belarus dövlət telekanallarının yaydığı kadrlarda mülki geyimli kişilərin mənzilə girməyə çalışdıqları görünüb.

Rəsmilər təhlükəsizlik işçilərinə atəş açdığı iddia edilən adamın adını açıqlamayıb, ancaq həmin vaxt mənzildə olan həyat yoldaşının həbs edildiyini deyib.

Dövlət xəbər agentliyi Belta “müxalifətlə əlaqəsi olan bir ekstremist qrupun üzvlərinin guya həmin mənzildə yaşadığını” bildirib.

Belarus hökuməti keçən il hökumət əleyhinə nümayişlərdə etirazçıları “ekstremist” və “terrorçu” adlandırmışdı.

Böyük etirazlar seçki rəsmilərinin müxalifət və Qərbin saxta adlandırdıqları 2020-ci ilin avqust ayında keçirilən prezident seçkiləri nəticəsində avtoritar prezident Aleksandr Lukaşenkonun altıncı müddətə verməsindən sonra baş qaldırmışdı.

Lukaşenko hökuməti etirazçılara qarşı zorakılıqlar tətbiq etmiş, 35 mindən çox adamı həbs etmiş, minlərlə insanı ağır şəkildə döymüşdü.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button