“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərində iştirak etmək üçün Belarusdan ikinci qrup Türkiyəyə göndərilib.
Belarus Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilib ki, “ZUBR” təcili xilasetmə qrupu ölkənin Maçulişçi hərbi hava limanından hərbi təyyarə ilə Qaziantep şəhərinə gedib.
Açıqlamada bildirilib ki, ikinci dəstənin tərkibinə 32 nəfər xüsusi texniki təchizatlı ekspert cəlb edilib, 3 nəfər axtarış iti qrupu müşayiət edib.
Nazirlik fevralın 8-də zəlzələ bölgəsinə 32 nəfərdən ibarət ilk axtarış-xilasetmə dəstəsini göndərib. (AA)
Tərcümə“24 SAAT”