2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Beynəlxalq müşahidəçilər seçki ilə bağlı rəylərini sabah açıqlayacaqlar

Tədbirə “Zoom” vasitəsilə də qatılmaq olar

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilər nəticələrlə bağlı rəylərini fevralın 8-də açıqlayacaqlar. Konfrans jurnalistlər üçün açıq olacaq. Onlar tədbirə canlı və ya “Zoom” vasitəsilə qoşula biləcəklər.

Konfransda Xüsusi Koordinator və ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri Artur Gerasimov, ATƏT PA nümayəndə heyətinin rəhbəri Daniela De Ridder, DTİHB seçki müşahidə missiyasının rəhbəri Eoghan Murphy çıxış edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Konfrans Bakı vaxtı ilə saat 15:00-da, “Landmark” otelinin konfrans zalında keçiriləcək. “Zoom”la iştirak etmək istəyənlər fevralın 8-i saat 11:00-dək qeydiyyatdan keçməlidirlər.

Müşahidə missiyası DTİHB tərəfindən ezam olunmuş 256 ekspert, uzunmüddətli və qısamüddətli müşahidəçilərdən və ATƏT PA-dan 79 nəfərdən ibarət ümumilikdə 335 müşahidəçidən ibarətdir.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Prezident seçkilərini izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Onlardan 800 nəfərə yaxını beynəlxalq müşahidəçilərdir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button