Loading...
Loading...
Xəbərlər

Bir həftə ərzində COVİD-19-a gündəlik yoluxma faktları 2,5 dəfə artıb

Bakı/25.01.22 Azərbaycanda son sutkada koronavirusa 2468 yoluxma faktı qeydə alınıb, 5197 nəfər sağalıb, 13 nəfər vəfat edib. Bu barədə yanvarın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 636 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8632 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 533 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525 test icra olunub.

Qeyd edək ki, son bir həftədə COVİD-19-a gündəlik yoluxma faktları, demək olar ki, 2,5 dəfə artıb.

Son sutka ərzində ölkədə 31 667 nəfər COVİD-19 əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2878, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 539 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 845 510, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 217 380, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 732 155 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 895 975 nəfər təşkil edir. -06Â-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button