Loading...
Loading...
Texnologiya

Bitcoin mayninqi qızılın çıxarılmasından 3 dəfə daha baha başa gəlir

    Bankless Times saytının verdiyi məlumata əsasən 1$ dəyərində bitcoinin mayninq olunması üçün sərf olunan enerji miqdarı 17 MJ (meqacoul) təşkil edir. Bununla belə 1$ dəyərində qiymətli metalın çıxarılması üçün sərf olunen enerji miqdarı isə 5 MJ-dir. Bitcoin və digər kriptovalyutalar elə təşkil olunublar ki, onların şəbəkələrində istifadəçi sayının artımı tokenlərin qiymətlərinin artımına gətirib çıxardır. Nəticə etibarilə kriptovalyuta mayninqi üçün daha çox enerji lazım olur. Bu isə öz növbəsində CO2 qazının ifrazını yüksəldir. Son 2 ildə bitcoin ilə qızıldan istifadə sayının artması müşahidə olunur. Bu isə ətraf mühitə mənfi təsir göstərən faktorlardan biridir.

    Bitcoin mayninqi ilə qızılın çıxarılması üçün çoxlu miqdarda enerjinin istifadə edilməsinə baxmayaraq bu məsələdə bitcoin qızılı geridə qoyur. Yəni onun mayninqi üçün daha çox enerji sərf edilir. Belə ki, bitcoinin özündən əlavə olaraq onun dövriyyəsinin reallaşdığı şəbəkə tranzaksiyaların baş tutması və öz funksionallığını dəstəkləməsi üçün elektrik enerjisinə ehtiyac duyur. Bitcoin mayninqi ilə məşğul olanların və ondan istifadə edənlərin sayı ani olaraq artdıqdan sonra bu bahalı kriptovalyutanın karbon izi hal hazırda qızılın karbon izindən 15 dəfə böyükdür. Mütəxəssislər bildiriblər ki, kriptovalyuta mayninqi nəticəsində hal hazırda CO2 qazının ifrazı 191 ton həcmində, 1 bitcoin dəyərində olan qızılın çıxarılması nəticəsində CO2 qazının ifrazı isə 13 ton həcmində təşkil edir.

24 saat” “Bitcoin mayninqi qızılın çıxarılmasından 3 dəfə daha baha başa gəlir” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Apple şirkətinin aylıq abunəlik qarşılığında iPhone-ların icarəsi xidməti barəsində yeni məlumatlar verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button