2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Biz heç bir halda Rusiyaya etibar edə bilmərik”

Qarabağın azadlığı yolunda hər zaman bir nömrəli və ənənəvi problem Rusiya faktoru sayılıb. İllər öncə olduğu kimi bu gün də əksər siyasilər hesab edir ki, Azərbaycan Rusiyanı neytrallaşdıra bilsə, Qarabağ problemi də həll olunar.
Maraqlıdır, Qarabağ probleminin birmənalı şəkildə Rusiyadan asılı olması iddiası nə dərəcədə doğrudur? Rusiyanı Qarabağ məsələsində diplomatik baxımdan tərk-silah etməyin, neytrallaşdırmağın bir yolu varmı?
Moderator.az-a açıqlama verən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasi şərhçi Azər Rəşidoğlu Azəbaycanın Rusiyaya heç bir halda etibar etməməli olduğunu vurğuladı:
“Qarabağ problemini Rusiya yaradıb, mövcud münaqişənin dondurulmuş vəziyyətdə qalmasının əsas müəllifi də Moskvadır. Kreml istəmir ki, münaqişə həll edilsin, əks təqdirdə bölgədə öz mövqeyini qoruyub saxlaya bilməyəcək. Qarabağı da işğal edən Ermənistan deyil, Rusiyadır. Moskvanın prosesə müdaxiləsi olmasaydı, İrəvan Bakının qarşısında aciz qalardı. İrəvan özü etiraf edir ki, Rusiyanın forpostudur. Bu baxımdan, münaqişənin müəlliifi də Moskvadır. Düzdür, Azərbaycan Rusiya amilini nəzərə almalıdır. Lakin heç bir halda biz Rusiyaya etibar edə bilmərik. Düşünürəm ki, münaqişəsinin BMT çərçivəsində müzakirəsinə yenidən baxılmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button