Loading...
Loading...
Dünya

BMT Bakı və Yerevanı sülh razılaşmasına çağırıb

BMT vurğulayıb ki, ErmənistanAzərbaycan arasındakı münasibətlərdə gərginlik bütün regionu sabitsizləşdirə bilər

BMT Yerevanı və Bakını sərhədin delimitasiya və demarkasiyası, habelə sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmağa çağırıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

Diplomat bildirib ki, son günlərin sərhəd toqquşmalarından sonra həm Ermənistan, həm də Azərbaycan BMT-yə məktub göndərərək bir-birlərini 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsi pozmaqda ittiham ediblər:

“BMT bu iddiaların doğruluğunu yoxlaya və ya təsdiq edə bilməz, lakin biz bu təhlükəli vəziyyətlə bağlı dərindən narahatıq və tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa çağırmışıq”.

Suverenlik və ərazi bütövlüyü

Miraslav Yença daha sonra deyib:

“Son toqquşmalar göstərdi ki, Ernmənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi əvvəllər olduğu kimi, indi də ciddi maneələrlə üzləşir. Bu gərginlik həm də ondan xəbər verir ki, tərəflərin bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanıması çərçivəsində delimitasiya və demarkasiya isitqamətində mümkün qədər tez hərəkət etmələri zəruridir. Biz ardıcıl olaraq tərəfləri sərhəd gərginliyin azaldılması üçün bu prinsipial olaraq mühüm mexanizmdən istifadə etməyə çağırırıq”.

BMT baş katibinin müavini habelə vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə gərginlik bütün regionu stabilsizləşdirə bilər və buna görə də bütün regional oyunçular dinc tənzimləmə istiqamətində konstruktiv addımlar atmalı və tərəflərə təzyiq göstərməlidirlər.

24 saat” “
BMT Bakı və Yerevanı sülh razılaşmasına çağırıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Qərb Ukraynaya yardımı artıracaqmı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button