Loading...
Loading...
Xəbərlər

BMT-dəki tədbirdə iştirak edəcək 56 rusiyalı diplomatın heç birinə viza verilməyib

BMT Baş Assambleyasının debatlarına qatılmağı planlayan Rusiyanın 56 diplomatından heç birinə ABŞ-a giriş vizası verilməyib.

Hələ bundan başqa müzakirəyə çıxarılan sənədlər də xarici işlər naziri Sergey Lavrova .göndərilməyib.

Bu barədə məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya istinadla Reuters agentliyi yayıb.

Vasili Nebenzyanın BMT baş katibi Antonio Quterreşə ünvanladığı rəsmi məktubda yaranmış vəziyyətin narahatedici olduğu vurğulanır. Bildirilir ki, son bir neçə ayda BMT-nin rəsmi tədbirlərində iştirak etmək üçün göndərdiyimiz bir sıra Rusiya nümayəndələrinə ABŞ hakimiyyəti davamlı olaraq giriş vizaları verməkdən imtina edir.

ABŞ-ın BMT-dəki missiyasından isə bildirilib ki, bütün ölkələrə dəfələrlə xatırladıldığı kimi “ərizələr mümkün qədər tez təqdim edilməlidir”.

“Bu, Rusiyanın səfirliyimizə qarşı əsassız hərəkətləri, o cümlədən əməkdaşlarımızı məcburi ixtisar etməsi və buna görə də bizim vizaların rəsmiləşdirilməsi imkanlarımızı ciddi şəkildə məhdudlaşdırması səbəbindən vacibdir” deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Reuters agentliyinə deyib.

Bundan əvvəl Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev viza verilməməsi səbəbindən Nyu-Yorkda BMT-nin polislərlə bağlı 3 günlük tədbirində iştirak edə bilməyib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycan Ermənistan rəsmisinin Xankəndi səfərinə etiraz edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button