2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

BMT-nin Əməkçi Miqrantlar Komitəsi Azərbaycana çağırış edib

Cenevrə/15.10.21 BMT-nin Əməkçi Miqrantlar Komitəsi son sessiyasında Azərbaycan hakimiyyətinə tövsiyələr dərc edib. Bu tövsiyələr Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiyaya riayət olunması ilə bağlıdır. Bu barədə Komitənin 14 oktyabr tarixli press-relizində deyilir.

Xüsusən, ƏMK Azərbaycana miqrasiyaya hüquq müdafiə yanaşmasına sadiq qalmağı, o cümlədən sərhədin qanunsuz keçilməsinə görə cinayət məsuliyyətini ləğv etməyi tövsiyə edib.

Komitə mühacirlərin inzibati qaydada saxlanılması təcrübəsi ilə bağlı narahatlığını ifadə edib, Azərbaycanı uşaqların və işçi miqrantların digər həssas qruplarının, habelə sığınacaq istəyənlərin və qaçqınların saxlanılmasına son qoymağa çağırıb. Həbsdə saxlamaq yerinə alternativ tədbirlər tətbiq etmək tövsiyə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

ƏMK həmçinin insan alveri ilə bağlı işləri səmərəli şəkildə araşdırmağa və cinayət işləri açmağa çağırıb. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button