2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

BMT-nin azərbaycanlı rəsmisinin Əfqanıstandakı fəaliyyət müddəti bitib

BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov fəaliyyət müddəti yekunlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə R. Ələkbərov özü açıqlama verib.

Diplomat üç illik fəaliyyət müddətindən sonra Əfqanıstandan qarışıq duyğularla vidalaşdığını deyib.

R. Ələkbərov 40 milyon əfqan xalqına gender bərabərliyinin təminatı, sosial və iqtisadi imkanların artırılması, ölkədə sabitlik və firavanlığın bərpasını arzulayıb.

BMT-nin azərbaycanlı rəsmisinin növbəti postu hələ açıqlanmayıb.

R. Ələkbərov Əfqanıstandakı fəaliyyət müddətində uğurlu iş fəaliyyəti, de-fakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb.

Xatırladaq ki, BMT Baş Katibi Antonio Quterreş 21 dekabr 2020-də R. Ələkbərovu BMT-ni Əfqanıstanda Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda BMT-nin Rezident və Humanitar Əlaqələndiricisi təyin edib.

O, daha öncələr BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R. Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər o, UNFPA-da İdarəetmə üzrə İcraçı Direktorun müavini və Baş Katibin köməkçisi vəzifələrində çalışıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button