Manşet

BMT-nin baş katibi təmas xəttində hərbi əməliyyatlara son qoymağa çağırıb

pan-gi-mumBMT-nin baş katibi Pan Gi Mun ErmənistanAzərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin dərhal azaldılması üzrə tədbirlər görməyə çağırıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə baş katibin bəyanatında bildirilir.
“Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır”, – deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, Pan Gi Mun ağır silahların tətbiq olunması və mülki əhali arasında da olmaqla çoxsaylı itkilər barədə məlumatlardan narahatdır.

Gözdən qaçırmayın:  Rus ordusu bu gündədir - partlamış tankar, yanmış paltarlar və... - VİDEO + FOTOLAR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button